TIR DEYİB GENDƏ DURMAQ
TİKAN OLUB GÖZÜNƏ BATMAQ
OBASTAN VİKİ
Tısbağa
Tısbağalar (lat. Testudines) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi. Su tısbağalarının ayaq pəncələrində barmaqlarının arasında pərdə vardır. Bu, suda üzməyi asanlaşdırır, sürəti artırır. Bu pərdə quru tısbağalarında olmur. === Müasir tısbağaların ölçüləri və çəkiləri === Tısbağaların ölçüləri böyük diapazonda dəyişir. Dəniz tısbağaları quruda yaşayanlardan böyükdür. Ən böyük müasir tısbağa dərili tısbağalardır (Dermochelys coriacea), uzunluğu 2 m, kütləsi 900 kq. Ən kiçiyi namaklavend tısbağası (Homopus signatus) olub, uzunluğu 10 santimetrdir.
Conatan (tısbağa)
Conatan ləqəbli tısbağa (1832 - 2014) — dünyanın ən yaşlı tısbağası.İlk dəfə 1882-ci ildə onu ev heyvanı kimi götürmüşdülər. Tısbağaların yetişkin olmağı üçün 50 il vaxt lazımdır. O planetin ən yaşlı canlısı kimi rekord yaratmışdır. Deyilənlərə görə Hindistanda 250 il yaşayan tısbağalar olmuşdur.
Dərili tısbağa
Dərili tısbağa (lat. Dermochelys coriacea) — dərili tısbağalar sinfinin (Dermochelyidae) yeganə çağdaş növü. Bunlar çağdaş dünyanın ən böyük tısbağalarıdır. Bədəninin ümumi uzunluğu 2,6 m, qabaq üzlükləri arasındakı məsafə 2,5 m, çəkisi 916 kq-dır. Digər mənbələrə görə bu tısbağaların gövdə uzunluğu 2,5 metrə, ön üzgəclərin uzunluğu 5 m-ə, çəkisi isə 600 kq-a çatır. == Təsviri == Trias dövründən bəri bu heyvanların təkamülü ayrı bir yol keçdiyindən digər tısbağalardan əhəmiyyətli dərəcədə fərqlənir. Onların sümüyü skeletlə əlaqəli deyil və ən böyüyü uzununa silsilələr əmələ gətirən bir-birinə bağlı kiçik sümük lövhələrdən ibarətdir. Buynuzvari silsilələr yoxdur, çanağ sıx bir dəri ilə örtülmüşdür. Ehtimal ki sorulmuş buynuzvari qabıqdan əmələ gəlmişdir. Bədənin orta sıxlığı dəniz suyunun sıxlığı ilə təxminən eynidir.
Nəhəng tısbağa
Nəhəng tısbağa və ya nəhəng seyşel tısbağası (lat. Aldabrachelys gigantea) — quru tısbağalarına daxil olan növ. Aldabra adasına endemik canlıdır. Nadir növ sayılır. Bəzi fərdləri təbii şəraitdə 150 il yaşayır. Bu növə daxil olan Advayda tısbağası 2006-cı ildə ölmüşdür. Onun yaşının 150–250 il srası olması ehtimal edilir. == Təsviri == === Xarici görünüş === Olduqca iri olan tısbağanın böyük ayaqları olsada kiçik başa sahibdir. Çanağının uzunluğu nadir hallarda 120 sm çatır, Ancaq adəti üzrə 105 sm-dir. Quru tısbağalarına daxil olan iki iri növdən biridir.
Saçaqlı tısbağa
Saçaqlı tısbağa və ya mata-mata) (lat. Chelus fimbriatus) — Monotip Chelus cinsinə daxil olan Cənubi Amerika ilanboyunlu şirin su tısbağası. Son dərəcə qəribə və özünəməxsus bir görünüşə malikdir. == Təsvir == Çanağının uzunluğu 40 sm-dir. Çanağın kəskin konusvari tüberklər tərəfindən əmələ gələn dişli kənarları var. Bu canlının üçbucaq başı və umşaq xortumu vardır. Uzun oynunun kənarlarında qəribə çıxıntılar vardır. buna bənzər çıxıntılar boğaz və yan nahiyələrəd belə vardır. Bu heyvan yaxşı maskalanmaq imkanı verir. Bu canlıların yetkinlərinin çəkisi 15 kq çatır.
Timoti (tısbağa)
Timoti (ing. Timothy; 1839 — 3 aprel 2004) — Böyük Britaniya Krallıq donanması gəmilərinin maskotu. Dişi bir Aralıqdənizi tısbağası. Krım müharibəsinin son şahidi. Timoti 1854-cü ildə Kurtene nəslindən olan kapitan Con Everard tərəfindən portuqaliyalı bir pirat gəmisində tapılır. Krım müharibəsində Sevastopolun bombalanmasına qatılan HMS Queen gəmisinin, daha sonra HMS Princess Charlotte və Nankin yelkənli gəmilərinin maskotu olur. 1892-ci ildə quruya gətirildikdən sonra Timoti Devon qraflığında, Poudereme qəsrində yaşayır. Yalnız 1926-cı ilədə sahibləri Timotinin erkək deyil, dişi olduğunu müəyyən edirlər. Tısbağa 3 aprel 2004-cü il tarixində 165 yaşında ölür və qalada basdırılır. Timotinin ölümü, İngiltərənin ən yaşlı sakininin öldüyünü elan edən əsas ingilis mediasında böyük bir xəbərə səbəb olur.
Tısbağa gölü
Tısbağa gölü (gürc. კუს ტბა) — Gürcüstanda, Tbilisi şəhərinin cənub-qərbində, Mtatsminda dağının şimal yamacında yerləşən göl. Dəniz səviyyəsindən 686.7 metr yüksəklikdə yerləşir. Sahəsi 0,034 km²-dir. Uzunluğu 180 metr, eni isə 50 metrdir. Ekzotektonik sürüşmə (əsasən qayalı sürüşmə) yaradır.Varazisxevinin suyu gölə atılır. Gölün əsas qida mənbəyi yağış və yeraltı sulardır. Balıq azdır. Gölün ətrafında Vake parkı və Mtatsminda parkı yerləşir. Gölün yanlarında müxtəlif istirahət kompleksləri açılmışdır.
Tısbağa tərbiyəçisi
Tısbağa tərbiyəçisi (türk. Kaplumbağa Terbiyecisi) — Osman Hamdi Beyin 1 may 1906-cı ildə Parisdə Fransız Sənətçilər Dərnəyinin təşkil etdiyi Salon sərgisi üçün çəkdiyi rəsm əsəri. Bu əsər 2004-cü ildə Türk rəsm sənəti tarixində ən yüksək qiymətə, 3,5 milyon dollara satılmışdır. Əsəri Suna və İnan Kıraç Vakfı Pera Muzeyində sərgilənməsi üçün satın almışlar. == Ümumi məlumat == Parisin Böyük Sarayında ilk dəfə sərgiyə çıxarılan bu əsər öncə "Tısbağalar və adam" kimi adlandırılmışdır. Rəsm üzərində yazılmış 1906-cı il yazısı deməyə imkan veriri ki, əsər ilin əvvəllərində çəkilmişdir. Bir il sonra Osman Hamdi Bəy nisbətən kiçik və bəzi fərqlər olmaqla ikinci bir əsəridə çəkmişdir. İkinci əsərdə rəssamın qohumu olan "Salih Münir Paşaya itihaf olunur" yazısı var. Əsərin çəkilməsi ilə bağlı iki əsas fikir mövcuddur: 1. Bu əsərin çəkilməsindən 37 il əvvəl Osman Hamdi Bəy Bağdadda olan zaman babasına yazdığı məktubda təsadüfən əlinə keçən Tour de Monde jurnalının bir nüxsəsini maraqla oxuduğunu söyləyir.
Tısbağa şorbası
Tısbağa şorbası — əsasən Yaşıl tısbağa, Kaymanabənzər tısbağası, Qrifəbənzər tısbağa və Uzaqşərq tısbağası ətindən hazırlanır. == Tarixi == Hüquqi baxımdan tısbağa supunun hazırlanması qadağandır. Səbəb isə tısbağa şorbasında istifadə edilən tısbağaların böyük əksəriyyətinin qırmızı kitaba düşməsi və nəslinin kəsilmə ethimalının böyük olmasıdır. == Resept == Qatı qəhvəyi rəngdə olan şorbadır. Tısbağanın əti hissələrə bölünərək 3–4 saat yarımduzlu suda qaynadılır. Şorbaya qatılıq vermək məqsədi ilə ona kartof qatılır.. Bir çox Asiya ölkələrində, xüsusi ilə Sinqapurda çin mətbəxinin delikatesi hesab edilir. Ona çoxlu sayda ədva qatılır. Bu isə onun dadını artırır. == Tısbağa şorbasının təqlidi == İngilis dilli ölkələrdə saxta tısbağa şorbası hazırlanır.
Yaşıl tısbağa
Yaşıl tısbağa və ya yaşıl dəniz tısbağası (lat. Chelónia mýdas) — Dəniz tısbaları fəsiləsinə aid canlı. Yaşıl tısbağalar (Chelonia Brongniart, 1800) cinsinin yeganə nümayəndəsidir. Əvvəllər isə Avstraliya yaşıl tısbağası bu cinsə daxil olsa da, hazırda Natator cinsinə daxildir. == Növün təsviri == Yaşıl tısbağalar əsasən Dünya okeanın sularında, Atlantik okean və Sakit okeanının tropik və subtropik qurşağın sahil sularında yayılmışlar. Yaşıl tısbağa 80–150 sm arası olan çanağa sahibdir. Çəkisi isə 70–200 kq arasında dəyişir. Ancaq nadir hallarda uzunluğu 200 sm və çəkisi 400–500 kq olan fərdlər müşahidə edilir. Adının yaşıl tısbağa olmasına baxmayaraq, rəngi zeytuni yaşıl rəngdən tutmuş, qəhvəyi rəngdə olan fərdlərə rast gəlinir. Onların üzərində sarı və ağ ləkələr müşahidə edilirİlk illər yaşıl tısbağa açıq dənizdə yaşayır.
Sini çanaqlı tısbağa
Sini çanaqlı tısbağa (Caretta caretta), dənizlərdə yaşar. Yumurtaqoymaq xaricində quruya heç çıxmaz. Kürək tərəfi qırmızı-qəhvəyi alt tərəfi isə ağımtıl açıq sarı rənglidir. Qıçları üzməyə yarayacaq şəkildə kürək forması alıb və xarici kənarlarında ən çox 2 dırnaq var bu da daha çox yeriyici yox üzücü olduğu üçün dür. Oksigeni havadan almasına baxmayaraq uzun müddət sualtında qala bilir. Yumurtalarını gecə qumlularda açdıqları çuxurlara basdırarlar. Bir dəfəyə 100 yumurta qoya bilir (maksimum 162ə qədər təsbit edilmişdir). Balalar 2 aylıq kürt dövründən sonra gecə vaxtı yumurtadan çıxaraq dənizə qaçırlar ki bunun özü ayrı bir mənzərədir. Aralıq dənizi sahilləri üçün endemikdir. Ən əhəmiyyətli yumurta qoyma bölgəsi Adananın Yumurtalıq mahalı və Bələk, Anamur, Kəndsiyəz, Dalyan sahilləridir.
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsi ilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.
Anam ağaca çıxıb (film, 1986)
Anam ağaca çıxıb qısametrajlı cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1986-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur. == Məzmun == Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: D. Seyidova Rejissor: Firəngiz Qurbanova Operator: Antonina Korotnitskaya Rəssam: Firəngiz Qurbanova, Elman Mirzəyev Bəstəkar: Cahangir Qarayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.